Ər arvadına görə qanun pozdu

media-hightechnic-468x90

516154 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Zəhra Süleyman qızı Xasanovanın yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı – Yevlax şəhəri, Nizami küçəsi, ev 224 ünvanında yaşayan vətəndaş Surac Torun oğlu Məmmədovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı onun gödəkçəsinin sol cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd “Cin” danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, Z.Xasanova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3; 178.3.3; 180.3.3; 66.3 və 67.1-ci maddələrinə əsasən azadlıqdan məhrum edilib. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600