Reklam

Reklam

Rusiyanın paytaxtı Moskvada dəhşətli hadisə qeydə alınıb.

Yenicag.az xəbər verir ki, arvadının başqası ilə münasibətdə olmasından şübhələnən ər həyat yoldaşının əllərini kəsib.

26 yaşlı Dmitri Qraçov xanımı Marqaritanı meşəyə apararaq gizli münasibətini etiraf etməsini istəyib. Qadın isə ona şübhələrinin əsassız olduğunu bildirib. Lakin, arvadına inanmayan ər balta ilə Marqaritanın əllərini kəsib.

Maraqlıdır ki, hadisədən sonra arvadını xəstəxanaya çatdıran ər, könüllü şəkildə polisə təslim olub.

Həkimlər qadının bir əlini yerinə tikməyi bacarsalar da, bu, digəri üçün keçərli olmayıb.

Qeyd edək ki, cütlüyün iki azyaşlı övladı var.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5124
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."