!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan açıqladı: FETÖ-nün Orta Asiyadan məsul şəxsi yaxalandı - FOTO

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Fətullahçı” terror təşkilatının (FETÖ) Mərkəzi Asiyadan məsul şəxsinin yaxalandığını açıqlayıb.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Nazirlər Kabineti toplantısından sonra açıqlama verən Ərdoğan Milli Kəşfiyyat İdarəsi (MİT) trəfindən uğurlu əməliyyat keçirildiyini və FETÖ-nün idarəçilərindən Orxan İnandının yaxalanaraq Türkiyəyə gətirildiyini bildirib.

“Bu dövlətə və millətə xəyanət edən, tələ quran, qan tökən, maddi-mənəvi hər hansı zərər verən heç bir təşkilatın varlığını davam etdirməsinə icazə verməyəcəyik”, – deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, FETÖ-nün Mərkəzi Asiyadan məsul şəxsi Orxan İnandı terror təşkilatının

Qırğızıstandakı gizli iadərçisi idi. 1995-ci ildən Qıröızıstanda yaşayan İnandı 2010-cu ildə ölkə vətəndaşlığına qəbul edilmişdi.

www.yenicag.az

457
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv