Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropada yaşayan ölkə vətəndaşlarına çağırış edib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, o, Avropada yaşayan türkləri 24 iyun seçkilərində fəal iştirak etməyə çağırıb.
Dövlət başçısı bildirib ki, Avropadakı türklər ölkənin siyasi həyatında fəal iştirak etməlidir.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə eyni vaxtda parlament və prezident seçkiləri keçiriləcək.
www.yenicag.az