!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Əliyevlə bu dosyaları müzakirə edəcək: Paralel və Erməni! – Özəl

!Reklam – Yazi

yenicag.az_erdogan_aliyevAzərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri davam edir. Səfərin ilk günü Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşən Əliyev bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Azərbaycan Prezidentinin 2015-ci ilin ilk rəsmi ziyarəti olmaqla bərabər ilk dəfə Çankayada deyil, Ağ Sarayda qarşılanacaq.

Ərdoğanın dəvətlisi olaraq, Ankarada səfərdə olan İlham Əliyevin görüşməsində ikili münasibətlərlə yanaşı bölgədə və beynəlxalq arenada baş verən prosseslər də müzakirə ediləcək. Əliyev və Ərdoğan bərabər Türkiyə-Azərbaycan Yüksək Səviyyədə Strateji Əməkdaşlıq Şurasının 5-ci toplantısına qatılacaqlar.

Hazırda Türkiyəni narahat edən və Milli Təhlükəsizlik Şurası qərarı ilə mübarizə aparılması dövlət siyasətinin mühüm bir parçası olan Paralel Dövlət Şəbəkəsi ilə mübarizə mövzusudur. Azərbaycan bu mövzuda Türkiyədən daha çevik addımlar atsa da, qardaş ölkədə olduğu kimi burada da Fətullah Gülən liderliyindəki PDŞ-nin hələ də güclü olması rəsmi Ankaranın diqqət mərkəzindədir.

Yenicag.az-ın Ankaranın siyasi kluarlarından əldə etdiyi məlumata görə, Ərdoğan-Əliyev ikili görüşməsində və geniş tərkibli Türkiyə-Azərbaycan Yüksək Səviyyədə Strateji Əməkdaşlıq Şurasının 5-ci toplantısının gündəmində Gülən Şəbəkəsinin Azərbaycan ayağı da geniş müzakirə olunacaqdır. Azərbaycanda fəaliyyət göstərən Fətullah Gülənə bağlı biznes sturkurları, onlara dəstək verən hökumət içindəki qaynaqlar barədə müfəssəl hesabat Azərbaycan tərəfinə təqdim olunacaqdır. Mənbəmiz bildirir ki, Şuranın iclasında sadəcə Milli Təhlükəsizlik Təşkilatı (MİT) deyil, Ordu, xarici və daxili işlər nazirliklərinin xüsusi xidmət qurumlarının da mövzu üzrə bilgiləri Azərbaycan tərəfinə təqdim ediləcək.

Eyni zamanda Azərbaycanın da bu görüşməyə əliboş getmədiyi,  “erməni dosyası”nı türkiyəli həmkarına təqdim edəcəyi bildirilir. Belə ki, 2014-cü ildən başlayaraq, ermənilərin yenidən sərhəd açdırmaq cəhdləri və iki ölkə arasında münasibləri gərginləşdirməklə bağlı digər planları ilə bağlı Azərbaycan tərəfinin hazırladığı dosyeni təqdim edəcək. Dosyedə planlarla yanaşı bu işdə aktiv fəaliyyət göstərən qurum və şəxslərin adları da mövcuddur.

Tərəflərin Paralel Şəbəkə və Erməni məsələlərində ortaq hərəkəti bundan sonra da davam etdirəcəkləri də bildirilir.

Xüsusilə, Ərdoğanın Əliyevə verəcəyi dosyenin 2015-ci il Parlament seçkiləri zamanı iqtidar namizədlərinin seçimi zamanı ciddi rol oynayacağı bildirilir. Eyni zamanda məhkəmə tərəfindən terror təşkilatı lideri ittihamı ilə axtarışa verilən Gülənin şəbəkəsinə bu ilin ilk altı ayında ciddi zərbə vurulacaq. Qarşı tərəfin də buna cavabsız qalmayacağı bəlli olduğu üçün Ərdoğanın bu məsələdə Əliyevdən ciddi dəstək istəyəcəyi gözlənilir.   

Xatırladaq ki, bir neçə gün öncə Əhməd Davudoğlu da Paralel məsələsində Azərbaycan və digər dost ölkələrlə əməkdaşlığın davam etdiyini və Gülən Şəbəkəsinin bu oyunu poza bilməyəcəyini qeyd etmişdi.

Yenicag.az

COP29

www.yenicag.az

1108
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv