Ərdoğan İlham Əliyevə zəng etdi: Naxçıvana hücum müzakirə olundu - YENİLƏNDİ

media-hightechnic-468x90

Martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

media-banner_tkm

Türkiyə Prezidenti İran İslam Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadığını deyib, qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib.

Dövlətimizin başçısı telefon zənginə və mövqeyinə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

***18:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Naxçıvan Muxtar Respublikasına hücum müzakirə edilib.

Söhbət zamanı tərəflər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Türkiyə Prezidenti hücumu qınayaraq İlham Əliyevə və Azərbaycan xalqına baş vermiş hadisə ilə bağlı keçmiş olsun diləklərini çatdırıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05