Ərdoğan İlham Əliyevi təbrik etdi

media-hightechnic-468x90

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Yenicag.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları 2018-ci ilin dostluq və qardaşlıq münasibətlərimizin daha da möhkəmlənməsi baxımından önəmli bir il olduğunu qeyd edərək bu işdə qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətini vurğulayıb, qarşıdakı illərdə də əlaqələrimizin daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Ərdoğan İlham Əliyevi təbrik etdi

media-hightechnic-468x90

22584499Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib.

Türkiyə prezidentinin məktubunda deyilir:

“Hörmətli prezident, əziz qardaşım, Qardaş Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Zati-alinizi və əziz qardaşımın şəxsində bütün Azərbaycan xalqını millətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Müstəqilliyinin bərpasından sonra tarixi baxımdan ötən qısa müddət ərzində Azərbaycanın parlaq inkişafını və əldə etdiyi nailiyyətləri böyük məmnuniyyət və qürurla izləyirik. Müdrik siyasətiniz sayəsində bu gün Azərbaycan regionda mühüm güc və cazibə mərkəzinə çevrilib.

Ölkələrimiz arasındakı ortaq dəyərlərdən güc alan bənzərsiz əlaqələrimizi “Bir millət, iki dövlət” prinsipi əsasında ən yüksək səviyyəyə çatdırmışıq. Əməkdaşlığımızın həm ikitərəfli, həm də beynəlxalq platformalarda dərinləşdirilməsi ölkələrimizi bütün sahələrdə daha da gücləndirir. Əminəm ki, bu ortaq hədəfə əsaslanmaqla atacağımız müştərək addımlarla ikitərəfli əlaqələrimizi qardaş xalqlarımızın xeyrinə olmaqla daha yüksək səviyyəyə çatdıracağıq.

Əlaqələrimizin xüsusi xarakterinin göstəricisi kimi tez-tez həyata keçirdiyimiz qarşılıqlı səfərlərin və görüşlərin qardaş ölkələrimiz arasındakı münasibətlərin bütün səviyyələrdə inkişaf etməsinə və dərinləşməsinə öz töhfəsini verəcəyi bir həqiqətdir. Bu baxımdan iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı füsunkar ölkənizi bir daha ziyarət edəcəyimdən məmnunluq duyuram. Bu xoş fürsətdən istifadə edib Zati-alinizə, əziz qardaşıma cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığı, rifahı naminə ən gözəl arzularımı bir daha dilə gətirirəm”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600