Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı səsləndirdiyi təhdidlərə münasibət bildirib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, BMT-də Qüds məsələsinin müzakirə olunmasından əvvəl çıxış edən Ərdoğan ABŞ-ı tənqid edib:
“Bu gün BMT-də Qüdslə bağlı səsvermə olacaq. ABŞ prezidenti isə bununla əlaqədar təhdidlər yağdırır. Nədir bu təhdidlər? Biz milyardlar veririk, bizim fikrimizin əksinə hərəkət edirlər. Bunları tək-tək qeyd edirik. Amerikanı “demokratiyanın beşiyi” adlandırırlar. “Demokratiyanın beşiyi” dollarla ala biləcəyi iradə axtarır”.
Türkiyə prezidenti sonda bütün dünyaya çağırış edib:
“Dollara görə iradənizi əsla satmayın. İcazə verin, hamı iradəsinə uyğun hərəkət etsin. Ümid edirəm ki, dünya burada ABŞ-a yaxşı bir cavab verəcək”.
www.yenicag.az