!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibindən danışdı

!Reklam – Yazi

Türkiyə Nazirlər Kabinetinin yeni tərkibi iyulun 9-da məlum olacaq. Ölkədə bir neçə nazirliyin birləşdirilməsi gözlənilir.

Yenicag.az türk ətbuatına istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident qeyd edib ki, bir sıra qanunlarda da də yişikliklər ediləcək.

Xatırladaq ki, iyulun 4-də Türkiyə Mərkəzi Seçki Komissiyası prezident və parlament seçkilərinin yekun nəticələrinə əsasən 52,59 faiz səs toplayan Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib.

Muharrem İncə 30,64 faiz, Meral Akşener 7,29 faiz, Səlahəddin Demirtaş 8,4 faiz, Təməl Karamollaoğlu 0,89 faiz, Doğu Perinçek 0,2 faiz səs toplayıb.

Parlament seçkilərinə gəldikdə isə Ədalət və İnkişaf Partiyası (AKP) 42,56 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) 11,1 faiz, Cümhuriyyət Xalq Partiyası (CHP) 22,65 faiz, İYİ partiyası 9,96 faiz, Xalqların Demokratik Partiyası (HDP) 11,7 faiz, Səadət Partiyası (SP) 1,23 faiz, Vətən Partiyası (VP) 0,23 faiz səs toplayıb.

Beləliklə, parlamentdə AKP 295, MHP 49, CHP 146, İYİ partiyası 43, HDP 67 millət vəkili ilə təmsil olunacaq. SP və VP parlamentdə təmsil olunmayacaq.

Qeyd edək ki, R.T.Ərdoğanın andiçmə mərasimi iyulun 9-da keçiriləcək.

COP29

www.yenicag.az

2314
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv