Ərdoğan Azərbaycanda - YENİLƏNDİ
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 7-də Azərbaycana səfərə gəlib.
Yenicag.az xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsində iştirak etmək üçün Azərbaycanın Qəbələ şəhərinə yola düşüb.
Yenicag.az əbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Ərdoğanı hava limanından prezident köməkçisi Cevdet Yılmaz, İstanbul Valisi Davut Gül və digər rəsmilər yola salıblar.