Ərdoğan Somaliyə səfər edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 23-də Somaliyə səfərə gedəcək.
Yenicag.az müsavat-a istinadla xəbər verir ki, səfəri hazırlayan Türkiyə rəsmilərinin paytaxt Moqadişidə qaldığı oteldə kamikadzenin partlayış törətməsinə baxmayaraq ziyarət vaxtında baş tutacaq.
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatına görə, minalanmış avtomobil binaya çırpıldıqdan sonra nümayəndə heyətindən heç kim xəsarət almayıb. Partlayış nəticəsində bir neçə somalili həlak olub, bir neçəsi isə yaralanıb.
Qeyd edək ki, bu kimi terror aktlarına görə məsuliyyəti bir qayda olaraq “əş Şabab” qruplaşması öz üzərinə götürür.