Ərdoğan: “Son 10 gündə baş verən küçə terroru soyğunçuluğu ört-basdır etmək cəhdidir”

media-hightechnic-468x90

“İstanbulda aparılan rüşvət, korrupsiya və terror araşdırmalarını yaxından izləyirik. İstintaq irəlilədikcə, dərinləşdikcə bələdiyyələri səkkizayaqlılar kimi əhatəyə alan cinayətkar təşkilatın əllərinin nə qədər uzandığı təbii ki, bəlli olacaq”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Ramazan ayının son 10 günündə baş verən hadisələr və küçə terroru soyğunçuluğu ört-basdır etmək cəhdindən başqa bir şey deyil.

“Məhkəmə heyəti üzvlərimizə onların ailələrinə və uşaqlarına hədə-qorxu gələrək onlara təzyiq göstərmək cəhdləri indiyədək nəticəsiz qalıb. Millətimiz tələni gördü və təxribatçıların toruna düşmədi. Bu münasibətlə öz vəzifələrini böyük sədaqətlə, səbr və soyuqqanlılıqla yerinə yetirən hüquq-mühafizə orqanları əməkdaşlarımızı bir daha təbrik etmək istəyirəm”./report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05