Ərdoğan Türkiyə prezidentliyinə namizəd oldu

media-hightechnic-468x90

şllllPrezident seçkisində Ərdoğanın namizədliyi dəqiqləşib. Bu, ötən gün keçirilən “Mərkəz Qərar İdarə Heyəti”nin konfransında qərara alınıb.

media-banner_tuq

Bu barədə hökumətə yaxın “Türkiyə” qəzeti xəbər yayıb. Məlumatda artıq son qərarın verildiyi və Ərdoğanın prezident seçkisində namizəd olacağı bildirilib. Bununla bağlı artıq AKP-nin vəkilləri imzatoplama kampaniyasına başlayıblar.

AKP-nin namizədinin ictimaiyyətə açıqlanması iyulun 1-nə planlaşdırılıb. Ərdoğanın namizədliyini açıqlayacaq şəxsin onun müavini Məhmət Ali Şahin olduğu iddia olunur.

AKP-nin 313 millət vəkilinin imzası və Ərdoğanın namizədliyini təsdiq edən sənədin iyulun 1-i Türkiyə Parlamentinə təqdim olunacağı yayılan məlumatlarda yer alıb.

Qeyd edək ki, Türkiyədə prezident seçkisi avqustun 10-da keçiriləcək. namizədlərdən biri 51-%-lik barajı aşmayacağı təqdirdə ikinci tur avqustun 24-də baş tutacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05