Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan üçün yeni “Yol xəritəsi”: 10 maddəlik zərfdə nələr var?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdakı 6 ay ərzində atacağı addımlar sistemləşdirilib.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “Milliyet” qəzetinin yazarı Serpil Çevikcan prezident Ərdoğanın 16 aprel referendumundan və AKP- sədrliyinə qayıdışından sonra cəmiyyətin müxalif kəsimi ilə münasibətləri normallaşdırmağa cəhd göstərəcəyini bildirib.

Serpil Çevikcan prezident Ərdoğanın bu istiqamətdə atacağı mümkün addımları özünün tərtib etdiyi “Yol xəritəsi”ndə 10 maddə üzrə ümumiləşdirib:

1. Prezident Ərdoğan yenidən sədri seçildiyi AKP-nin növbəti seçkilərdə səslərin 50+1 faizini qazanmaq və ölkədə 2019-cu ilə qədər siyasi-iqtisadi sabitliyin qorunması üçün “dəyişdirilə biləcək aktyorlar və siyasətlər” reallığını başa düşərək hərəkət edir. Bu çərçivədə 16 aprel referendumunun nəticələrini müəyyənləşdirmiş cəmiyyət təbəqələri ilə münasibətlərin normallaşdırılması mühüm əhəmiyyət daşıyır. AKP-nin İslamçı təbəqə, liberal kəsim və kürd vətəndaşlarla münasibətləri yeniləməsi əsas məqsəddir.

2. Kürdlərin referendumda verdiyi dəstəklə vəziyyətini sabitləşdirən, ancaq tempin artırılmasının vacibliyini də dərk edən AKP-nin “Yol xəritəsi”ndə bu istiqamətdə ardıcıl addımların atılması nəzərdə tutulur. Gündəlikdə Türkiyə vətəndaşı olan kürdlərin irəli çəkilmələri, terror problemi ilə demokratik təşəbbüsləri bir-birinə qarışdırmadan hərəkət edilməsi məsələsi də yer alır. Bu sırada iqtisadi inkişaf, təhsildəki problemlərin həlli, şəhərlərin bərpası bə regionda iqtisadi inkişafa yönələn layihələrin intensivləşdirilməsi kimi məsələlər də var.

3. Demokratikləşmə və yeni siyasi sistemin möhkəmlənməsi istiqamətində də addımlar atılmalıdır. Siyasi partiyalar haqqında qanun, Seçki məcəlləsi və Türkiyə Böyük Millət Məclisinə aid əvvəlki prosedurlar dəyişdiriləcək. Seçki həddinin 7 faizə endirilməsi gözlənilir. Bu çərçivədə parlament komissiyalarının daha da gücləndirilməsi nəzərdə tutulur.

İnkişaf tezisləri

4. İqtisadiyyatın böyüməsində hədəf 6 faizdir. Bu göstəricinin heç olmasa, 5 faizdən aşağı düşməməsi İnkişaf siyasətinin əsas məqsədidir.

5. İnkişaf siyasəti çərçivəsində böyük layihələrin həyata keçirilməsi davam etdiriləcək. İstanbulda 3-cü hava limanı, Çanaqqala körpüsü və İpək Yolu layihələri istifadəyə veriləcək, yeni layihələr hazırlanacaq.

6. Ölkənin şərq və cənub-şərq bölgələrindəki 23 şəhərdə cazibə mərkəzi hesab olunan məkanlar yüksək səviyyədə abadlaşdırılacaq. İnkişaf agentliklərinin vasitəsilə ümumiləşdirilən layihələr həyata keçiriləcək.

7. Kiçik və orta biznes gücləndiriləcək, bu seqmentin dəstəklənməsi ilə iqtisadiyyat canlanacaq. Əhalinin məşğulluq səfərbərliyinin sabit bir modelə çevrilməsi nəzərdə tutulur.

8. Bu çərçivədə texnoşəhərlər və sənaye bölgələri xüsusi qaydada stimullaşdırılacaq.

9. Dönəmin qeyri-sabitliyinə baxmayaraq, makrogöstəricilər nikbinlik üçün əsas verir. Yeni dönəmdə böyümə və istehsala yönələn modellərin inkişaf etdirilməsi planlaşdırılır. İqtisadiyyat o modellər üzərində formalaşdırılacaq.

Rusiya, Suriya, Avropa İttifaqı

10. Demokratikləşmə və inkişaf məqsədlərinə nail olunmasında xarici siyasətin həlledici təsiri nəzərə alınır. Rusiya bazarına tam qayıdış, Suriyadakı vəziyyətin nisbətən sabitləşməsi cənub istiqamətində ticarətin yenidən genişlənməsi aktuallaşıb. 5 milyon türkün yaşadığı və ölkənin ixracat marşrutunda mühüm yer tutan Avropa İttifaqı (Aİ) ilə münasibətlərin normallaşdırılması da İnkişaf tezisləri sırasındadır. Aİ-nin Türkiyənin uzunmüddətli strateji tərəfdaş kimi qəbul edərək, buna uyğun siyasət yürütməsi ilə münasibətlərin də sahmana salınacağı, bu müsbət tendensiyanın iqtisadiyyatda da əks olunacağı düşünülür.

Yeniçağ.Az

www.yenicag.az

594
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100