Ərdoğan üçuşaqlı ailəyə ev verdi
Türkiyənin Kahramanmaraş vilayətində yeni övlad sahibi olan bir ailə prezident tərəfindən sevindirilib.
Kahramanmaraşda yaşayan Ramazan və Məliha Yıldız cütlüyü bir müddət idi ki, çətin günlər keçirirdi.
Hərbi xidmətini yerinə yetirməyən ailə başçısı Ramazan övladları dünyaya gələn ərəfədə vətənin qulluğuna yola düşüb. Məlihanın üç övladı doğulub.
Ailə buna sevinsə də, yaşadıqları şərait heç də ürəkaçan olmayıb. Buna görə də qadın televiziya vasitəsilə həyat şəratinin yaxşı olmadığını bildirib. Ümidsiz şəkildə uşaqlarını necə böyüdəcəyini düşünən anaya gözlənilməz zəng gəlib. Türkiyə prezidentinin xanımı Əminə Ərdoğan gənc anaya gözaydınlığı verib və uşaqları ilə maraqlanacağını söyləyib. Həyəcandan əl-ayağı əsən qadına daha sonra prezidentin özü zəng edib.
Türkiyə prezidenti R.T.Ərdoğan qadına bütün problemlərini həll edəcəyini vəd edib. Çox keçmədən prezidentin tapşırığı ilə İstanbulun Əlibəyköy rayonunda qadına içərisində yeni əşyalar olan ev hədiyyə edilib.
“Yaşadığımız evdə siçanlar gəzirdi. Övladlarımı orada necə saxlayacağımın dərdini çəkirdim. Prezidentimiz və xanımı sayəsində indi övladlarımı daha əmin şəkildə böyüdəcəyəm”, – deyə gənc ana sevinc hisslərini bölüşüb.
(gun.az)