Ərdoğan yanğınların olduğu bölgələrə səfər edəcək

media-hightechnic-468x90

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının olduğu bölgələrə səfər edəcək.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Ərdoğan sabah güclü yanğınların baş verdiyi Antalyanın Manavqat və Muğlanın Marmaris bölgəsinə səfər edəcək.

Manavqatda olan ölkənin daxili işlər naziri Süleyman Soylu telefon vasitəsilə vətəndaşları Ərdoğanla görüşdürüb. Prezident bölgələri ziyarət edəcəyini bildirib.

“İnşallah, bazar günü də ərazidə olacam. Oradakı qardaşlarımın hamısına keçmiş olsun diləklərimi bildirmək istəyirəm. Böyük bir fəlakətdir, əlbəttə ki. Allah köməyimiz olsun”, – deyə Ərdoğan qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600