Yunanıstanda noyabr ayında həbs olunan DHKP-C terror təşkilatının 9 üzvü, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd planı hazırlayıblar.
Yenicag.az xəbər verir ki, bu barədə Yunanıstanın “To Vima” qəzeti təhlükəsizlik qüvvələrindəki mənbələrinə istinadən məlumat verib.
Yunanıstan polisi DHKP-C terrorçularının yaşadığı üç ünvanda basqınlar keçirib və Türkiyə dövlət başçısına sui-qəsd cəhdinin planı haqqında yazılar aşkar edib.
Plana əsasən, bir qrup terrorçu-türk vətəndaşları, Ərdoğanın kortecini iki nöqtədən qumbaralarla atəşə tutmalı, digər bir qrup isə Türkiyə Prezidentinin avtomobilini birbaşa vurmalı idi.
Hal-hazırda polislər sui-qəsddə istifadə edilməsi planlaşdırılan raket və qumbaraları axtarır. Silah-sursatın Afinanın şərqindəki Parnisa dağının ətəyində basdırıldığı ehtimal edilir.
Tutulan DHKP-C terrorçuları arasında Ədalət və İnkişaf Partiyasının qərargahına və Türkiyə Ədliyyə Nazirliyinə 2013-cü ildə hücum edən Həsən Biber var.
www.yenicag.az