Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin əməliyyatı ilə bağlı açıqlama verib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan bundan sonrakı proseslərin sürətlə gedəcəyini söyləyib:
“Bizi ən çox narahat edən müttəfiq hesab etdiyimiz bəzi ölkələrin nümayiş etdirdiyi riyakarlıq və qeyri-ciddilikdir. Dünən bu ölkələrdən birinin müdafiə nazirliyinin mətbuat katibi utanmadan Afrində dinc vətəndaşların öldürüldüyünü söylədi. Ay vicdansız, ay əxlaqsız, şərqi Qutada yüzlərlə dinc əhalinin amansızcasına qətlə yetirilməsindən narahat olmursan, durub yalan-yanlış xəbərlər yayırsan. Əgər biz Afrində terrorçu-mülki vətəndaş ayrı-seçkiliyi etməsəydik, Afrin əməliyyatı çoxdan sona çatmışdı”.
www.yenicag.az