Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğandan Əfqanıstan AÇIQLAMASI

Reklam: Sinerji Pro

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın sıfarişilə hazırlanmış ilk patrul gəmisinin suya salınması mərasimində iştirak edib.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, dövlət başçısı gündəmə dair maraqlı açıqlamalar verib.

Ərdoğan Pakistanla qardaşlıq münasibətlərinin tarixin dərin keçmişinədək uzandığını, məhz bu ölkənin sifarişilə Türkiyədə dörd ədəd “Milgem” patrul gəmisinin hazırlanacağını qeyd edib.

Prezident çıxışında Əfqanıstanda baş verən son hadisələrə də toxunub.

“Son zamanlar qarşıdurmanın şiddətləndiyi Əfqanıstanda sülh və sabitliyin bərqərar olmasında Pakistanın üzərinə həyati əhəmiyyətli vəzifələr düşür. Türkiyə İran vasitəsilə gerçəkləşən və intensivləşən əfqan miqrantları dalğası ilə üz-üzədir”, – deyə Ərdoğan bəyan edib.

O, Əfqanıstanda sabitliyin bərpası üçün Türkiyənin əlindən gələni etməkdə davam edəcəyini vurğulayıb.

www.yenicag.az

221
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100