!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan Netanyahunun ABŞ Konqresindəki çıxışına ilk REAKSİYA

!Reklam – Yazi

“Bütün dünya ABŞ Konqresinin soyqırım törədən qatili necə alqışladığının şahidi oldu”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresinin Nümayəndələr Palatası və Senat üzvləri qarşısında çıxışını şərh edərkən deyib.

“İnsanlığa xidmət edənləri alqışlamaq lazımdır. Nümayəndələr Palatası 40 minə yaxın uşaq, qadın və qocanı məhv edəni alqışladı”, – Türkiyə lideri bildirib.

Dövlət başçısı qeyd edib ki, “dünyaya demokratiya və insan haqları haqqında mühazirə oxuyanlar zərrə qədər utanmadan dövrümüzün Hitlerini ucaldırlar”.

Ərdoğan ABŞ Konqresində çıxışı zamanı alqışları “əlində 150 min qəzzalı qanı olan qəssab (Netanyahu)” üçün “ağıl tutulması” adlandırıb.

Türkiyə prezidenti bir daha beynəlxalq sistemin qurulmasının zəruriliyini bildirdi. “İkinci Dünya Müharibəsində qalib gələn ölkələrin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün formalaşan qlobal sistem köhnəlməyə başlayıb”, – deyə Ərdoğan bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv