Ərdoğandan Paşinyanla bağlı AÇIQLAMA

media-hightechnic-468x90

“Hələ ki, Paşinyan geri addım atmayıb”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı deyib.

“Türkiyə tərəfinin dəvətinə müsbət cavab verən Paşinyan ölkəsində bir çox maneələri və müxalif əhvali-ruhiyyəni dəf edib. Mərasim zamanı onunla qısaca ünsiyyət qurmaq imkanım oldu. Türkiyəyə səfərinə görə minnətdarlığını bildirdi”, -deyə Ərdoğan qeyd edib.

Türkiyə lideri Ermənistanın Baş nazirinin Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı sözlərini vacib məqam kimi qiymətləndirib:

“Amma əvvəl də dediyim kimi, Ermənistanda Paşinyana qarşı mənfi fikirlər var. Və bu, çox vacib bir məqamdır. Hələ ki Paşinyan geri addım atmayıb”./Qafqazinfo/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05