!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan Trampa sərt ismarıc: "Özün çalıb, özün oynayarsan"  

!Reklam – Yazi

Şübhəsiz ki, ilk gündən etibarən Trampın Qüdslə bağlı qərarını ən çox tənqid edən ölkə Türkiyədir.

Yenicag.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İƏT-in zirvə görüşündən müsbət nəticələr gözlədiyini bildirib. Qüds şəhərinin tarixi əhəmiyyətindən danışan Ərdoğan Trampın qərarının dünya üçün heç bir məna kəsb etmədiyini vurğulayıb:

“Qüdsün hər daşında ayrı bir tarix yatır. Bu gün özlərini Qüdsün sahibi hesab edənlər arxasında gizlənməyə bir ağac da tapa bilməyəcəklər. Trampın bu açıqlamasının bizim üçün də, İslam dünyası üçün də bir əhəmiyyəti yoxdur. Özün çalıb, özün oynayarsan”.

Qeyd edək ki, Ərdoğan həmçinin, İƏT-in İstanbulda keçiriləcək növbəti zirvə toplantısının dönüş nöqtəsi olacağını bildirib.

COP29

www.yenicag.az

2844
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv