!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərəb millətçiliyinin YENİ TƏZAHÜRÜ: “Əsəd rejimini reabilitasiya cəhdi...”

!Reklam – Yazi

“Bütün hallarda prezidenti olduğu ölkənin təqribən yarısına güc-bəla nəzarət edən Əsədin bu davranışı qəbuledilməzdir”.

Bu fikirləri Suriya rəhbəri Bəşər Əsədin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş variantını istisna etməsinə münasibət bildirən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Bəşər Əsədin bu davranışının arxasında son dövrlərdə onu reabilitasiya etməyə çalışan qüvvələr dayanır:

“Əslində, Əsədin bu tərzdə saxta qətiyyətlə belə bir fikir səsləndirməsi özlüyündə çox anormal davranışdır. O, elə danışıb ki, sanki dağılmasına səbəb olduğu Suriyanın deyil, hansısa geniş imkanlara malik bir ölkənin lideridir.

Digər tərəfdən, Türkiyə ilə yüksək səviyyədə danışıqların baş tutmasında ən maraqlı fiqur məhz Əsədin özü olmalıdır. Çünki müharibə başlayandan bəri dörd milyona yaxın suriyalı Türkiyədə məskunlaşıb. Türkiyə hökuməti onların tələbatları üçün hər il səkkiz-on milyard dollar vəsait sərf edir.

İndiki halda ehtimal edilən danışıqların ilkin predmeti suriyalı qaçqınların geri qayıdışı və əlbəttə ki, təhlükəsizlik məsələləri ola bilərdi. Ancaq Əsədin özünü bu cür aparması mümkün müzakirələrin yaxın vaxtlarda baş tutacağını şübhə altına alır.

Onu da qeyd etmək lazımdır ki, Əsəd heç də özbaşına hərəkət etmir. Görünür, onu reabilitasiya etməyə çalışanlar Türkiyə ilə Suriya arasında müzakirələrin aparılmasını istəmirlər. Həmin qüvvələrin kimliyinə gəldikdə isə ilk növbədə ərəb dünyasında güclənməyə başlayan millətçi dairələri qeyd edə bilərik.

Lakin bütün hallarda prezidenti olduğu ölkənin təqribən yarısına güc-bəla nəzarət edən Əsədin bu davranışı qəbuledilməzdir. Yəqin ki, qarşıdakı dönəmdə bu fikirləri ona xatırlatmaq üçün məqam yetişəcək”.

A.Zeynalov

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv