!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ərindən Cəmiləyə SƏRT QADAĞA: “Buna məcburam”

!Reklam – Yazi

Türkiyəyə gəlin köçən azərbaycanlı aktrisa Cəmilə Tağızadəyə həyat yoldaşı sərt qadağalar qoyub.

Yenicag.az-a açıqlama verən aktrisa buna dözmək məcburiyyətində qaldığını bildirib:

“Spirtli içki içmirəm, siqaret çəkmirəm. Amma bərkdən gülənəm, komplekslərim yoxdur. Amma evdə yüksək səslə güləndə yoldaşım hirslənir ki, qonşular eşidər. Saat 6-dan sonra gəzintiyə çıxmaq olmaz. Nə konsertə gedirəm, nə teatra gedirəm. Mədəni həyatdan uzaq düşmüşəm. Olmuşam tam evdar xanım. Ailə quranda mənə qadağaları olmayacağını demişdi. Amma sonradan dəyişdi. Kişilər belədir də. Əvvəllər çox etiraz edirdim, bunun üstündə davalarımız olurdu. Amma artıq bununla barışdım. Çünki məcburam. Neyniyim, boşanaq? Boşanmaq üçün ailə qurmamışam axı. Sirkə nə qədər tünd olarsa, öz qabını sındırar. Nə qədər çox dalaşsaq, ailəmizə ziyandır. Etiraz etdikcə, ailə uçuruma doğru gedir. Uçurumlardan da mən xilas etmişəm. Yoxsa çoxdan boşanardıq. Mən səbrli oldum. Həmişə istəyirdim ki, mən od olum, o su, amma belə olmadı. O od oldu, mən su”.

Cəvahir

www.yenicag.az

13646
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv