ABŞ-də yaşayan Cohanna və Skot Vatkins cütlüyü hər kəsi təəccübləndirib.
Yenicag.az xəbər verir ki, 10 il öncə evlənən Vatkins ailəsinin ciddi problemləri var.
Belə ki, Cohannanın immun sistemində yaranan problemə görə onun öz həyat yoldaşına allergiyası var. Buna görə də onlar eyni mühitdə ola bilmir. Çünki cütlük birlikdə olduğu zaman Cohanna allergiya krizinə girir.
Qeyd edək ki, sözügedən xəstəliyin adı “Mast hüceyrə sindromu”dur və çox nadir rast gəlinir. Tam olaraq müalicəsi yoxdur. Yalnız bəzi dərmanlarla krizlərin və öskürəklərin şiddətini azaltmaq olar. Xəstəliyə yoluxan şəxs hər kəsdən ayrı və sterilizasiya edilmiş otaqda yaşamalıdır.
www.yenicag.az