Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Erkan Özoral: “Türk dünyasına Heydər Əliyev kimi lider hər zaman gəlmir”

Reklam: Sinerji Pro

“Türk dünyasına Heydər Əliyev kimi lider hər zaman gəlmir”.

Yenicag.az xəbər verir ki, bu sözləri dekabrın 12-də Fəxri xiyabana ziyarətə gələn Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, səfirliyin əməkdaşları, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları ilə birgə Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, məzarı önünə gül qoyub, ona ehtiramlarını bildiriblər.

“Heydər Əliyev həqiqətən həyatı araşdırılması vacib və gördüyü işlər, fəaliyyəti, davranışı hər kəsin nümunə götürməsi lazım olan dahi şəxsiyyətdir. O, bütün ömrü boyu Azərbaycanın suverenliyini düşünüb, onun müstəqillik qazanacağı günlərin xəyalını qurub, müstəqilliyin bərpasından sonra da ölkəsini necə inkişaf etdirməyi, gücləndirməyi, möhkəmləndirməyi düşünən, ömrünü bu amala həsr edən insan olub. Heydər Əliyev bu yolda öz həyatını təhlükə altına atıb, hər zaman öz canını qurban verməyə hazır olan biri idi”, – deyə səfir vurğulayıb.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

208
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM