Erkən nikahın gətirdiyi BƏLALAR - PSİXOLOQ AÇIQLAYIR

media-hightechnic-468x90

“Erkən nikah qız uşaqları üçün psixoloji faciədir”.

media-175582601_2792758410986608_4050352365992975086_n

Bu fikirləri Yenicag.az-a tanınmış psixoloq Vəfa Əkbər bildirib.

Psixoloq son vaxtlar dövlətin müvafiq strukturlarının xəbərdarlıqlarına baxmayaraq qızların yetkinlik yaşına çatmadan ərə verilməsinə sərt münasibət bildirib:

“Ümumiyyətlə erkən evliliklər bir insanın taleyi deyil, bütövlükdə cəmiyyətin zədələnməsi deməkdir. Erkən evliliklər keçmişdən miras qalmış və cahil insanlar tərəfindən yürüdülmüş bir təfəkkürdür. Xüsusilə bölgələrdə psixoloji və sosial biliklərinin, savadlarının aşağı olması, qız övladını sadəcə yük kimi görməsi, onu evliliyə hazırlaması və əsas hədəf isə imkanlı insan tapıb beləliklə həm guya qızlarının rahatlığını təmin etməsi, həm də sosial statuslarını qaldırma istəyi həmin valideynləri belə addım atmağa sövq edir. Təbii ki, erkən evlənən qızların da psixoloji problemləri qaçılmaz olur. Bəzən depressiya, intihar halları, aqressiya, özünə qapanma və s kimi psixoloji problemlər özünü çox açıq şəkildə göstərir. Bundan əlavə həmin qızlar təhsildən uzaq qalır, iqtisadi müstəqilliyi qazana bilmir”.

Psixoloq qeyd edib ki, bu kimi halların baş verməməsi üçün maarifləndirmə önəmlidir:

“Əslində maarifləndirmə güclü şəkildə getməlidir. İlk öncə məktəbdə uşaqlara öz hüquqlarını qorumağı öyrətməlidirlər. Burda dəstək xidməti gücləndirilməlidir, valideynlər məlumatlandırılmalıdır. Bu sadəcə təkcə qanuni məsələ deyil, həm də psixoloji faciədir. Qız uşaqları həyatlarını özləri planlamalıdır, ərə verilməməlidir.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa