!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erkən seçkilərlə bağlı YAP-a ünvanlanan İRAD: “Bu qərarın hansı zərurətdən qəbul olunduğunu...”

!Reklam – Yazi

“Yaxın günlər ərzində qaranlıq qalan bütün məqamların aydınlığa qovuşacağına ümid edirik”.

Bu fikirləri prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri haqqında danışan Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, növbədənkənar prezident seçkilərinin keçiriləcəyi ilə bağlı qərar bütövlükdə siyasi cameə üçün gözlənilməz oldu:

“Nəinki cəmiyyət, heç siyasi qüvvələr belə növbədənkənar prezident seçkilərinin təyin olunacağını proqnozlaşdırmırdı. Çünki ictimai rəydə daha çox Konstitusiya referendumunun keçiriləcəyi ehtimalı daha güclü idi.

Gözlənilən referendumda Azərbaycanda proporsional seçki sisteminin bərpası, Milli Məclisdə deputat sayının artırılacağı və başqa məsələlərin öz həllini tapacağı düşünülürdü.

Əslində, növbədənkənar prezident seçkilərinin təyin edilməsi qərarının hansı zərurətdən qəbul olunduğunu hakim partiya açıqlamalı idi. Ancaq təəssüf ki, bu barədə açıqlama verilmədi. Ona görə də cəmiyyət arasında müxtəlif fikirlər dolaşır.

Səsləndirilən fikirlərdən biri Rusiyada və ABŞ-də keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Yəni bu iki dövlətdə prezident seçkilərinin keçirilməsindən sonra Vaşinqtonla Moskvanın müxtəlif regionlara təsir gücünün artacağı düşünülür. Azərbaycan da bu təsirə məruz qalmamaq üçün addım atır və ölkə daxilində siyasi sabitliyi təmin edir.

Əlavə olaraq, hakimiyyət seçkilərdə başqa namizədlə də iştirak edə bilər. Düzdür, bunun reallaşma ehtimalı azdır, ancaq təxminlərdən biri məhz budur. Yaxın günlər ərzində qaranlıq qalan bütün məqamların aydınlığa qovuşacağına ümid edirik”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv