!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni analitikin TƏŞVİŞİ: “Azərbaycan ordusu bu dəfə İrəvana qədər girəcək” - REAKSİYA

!Reklam – Yazi

“Azərbaycanın ərazi bütövlüyünü qorumaq iradəsi qarşısında dayanacaq heç bir güc mövcud deyil”.

Bunu Ermənistanın siyasi analitiki Razmik Akopcanyanın erməni nəşrinə “Yeni müharibə bizim üçün əsl fəlakət olacaq. Azərbaycan ordusu bu dəfə İrəvana qədər girəcək” ifadələrini işlətdiyi açıqlamasına münasibət bildirərkən siyasi şərhçi Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Cənubi Qafqazda Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi böyük güclərin maraqlarına ziddir:

“Həmin güclər Ermənistan üzərindən oyunlar qurmaqla Cənubi Qafqazda maraqlarını təmin etməyə çalışır. Şimal və cənub qonşumuz Fransa və Amerika nəyinki Ermənistan-Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə şərait yaratmaq istəyir, hətta mümkün olarsa, yeni münaqişə ocaqları formalaşdırmağa can atır.

Ermənistanın az da olsa, ağıllı kəsimi Azərbaycanla münasibətlərin tənzimlənməsini istəyir. Təxribat yönümlü addımlar Ermənistanın gələcəyi üçün çox ciddi problemlər yarada bilər. 12-14 sentyabr tarixində Azərbaycan erməni hücumlarının qarşısını almaqla növbəti təxribatların nə ilə nəticələnəcəyini göstərib. Ermənistan nəticə çıxarmalıdır.

Azərbaycanın ərazi hüquqlarını qorumaq iradəsi qarşısında dayanacaq heç bir güc mövcud deyil. Bunu dəfələrlə sübut etmişik.
Regionda baş verən proseslər, Türkiyənin timsalında atılan addımlar Ermənistan tərəfindən düzgün qiymətləndirilməlidir. 10 noyabr bəyanatının tələbinə uyğun olaraq üç ildən sonra rus sülhməramlı qüvvələri Qarabağdan çıxacaq. 15-20 minlik erməni icmasının hüquq və təhlükəsizliklərinin qorunmasını Azərbaycan dövləti həyata keçirəcək.

Qarabağda Azərbaycan vətəndaşlığını qəbul edəcək erməni icması nümayəndələri mövcud reallığın şərtlərinə uyğun davranış nümayiş etdirməlidir. Bilməlidirlər ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması gələcəkləri üçün yeganə çıxış yoludur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv