!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni diasporasından Leyla Yunus üçün “qisas əməliyyatı” əmri

!Reklam – Yazi

leylErmənilərin atəşkəsi məhz Fransadan gələn tapşırıq əsasında pozduğu bildirilir

Ermənilərin atəşkəsi pozmasının arxasında əksəriyyət Rus barmağı axtardı. Heç də haqsız sayılmırdılar. Çünki Birinci Qarabağ savaşında ermənilər rusun yardımı ilə Dağlıq Qarabağ və altı rayonu işğal edə bilmişdilər.

Lakin bu dəfə sifariş bir az uzaqdan gəlib. Azerinfo.org-a daxil olan məlumata görə, Ermənistan silahlı qüvvələri bu dəfə “atəşkəsi pozma” əmrini Fransadakı erməni diasporasından alıblar.

Belə ki, Fransada kifayət qədər güclü olan erməni diasporası hüquq müdafiəçisi Leyla Yunusun və həyat yoldaşı Arif Yunusun həbs olunmasına sərt reaksiya göstəriblər.

Məsələn, Erməni lobbisinin bu ölkədəki əsas qurumlarından olan Fransa Erməni Federasiyası (CCAF) və Xalq Hərəkatı Birliyi (UMP) rəhbərləri Ara Torayan ilə Patrik Dəvəçiyan ermənipərəst “Nouvelles d’Armenie” jurnalına verdikləri açıqlamada Leyla Yunusun həbsinin Azərbaycana baha başa gələcəyini açıqlayıblar.

Nəzərə alsaq ki, Leyla Yunus Fransanın “Şərəf Legionu Kavaleri” ordeni daşıyır və onun ölkədən qaçırılma prossesinə bir başa Fransa səfiri başçılıq edirdi, erməni diasporasının narahatlığını anlamaq çətin deyil.

Diasporanın Fransa xüsusi xidmət orqanları ilə əməkdaşlığını da nəzərə alarsaq, Leyla Yunusa olan “məhəbbət”lərinin sirri də üzə çıxır.

Bu səbəbdən də ermənilərin atəşkəsi pozma əməliyyatı bir növ Leyla Yunusu həbs edən Azərbaycan iqtidarına barmaq silkələmə əməliyyatıdır. Elə Leyla Yunusun qızı Dinaranın sosial mediada paylaşdığı, ancaq tərəfdarlarının inkar etdiyi mesaj da göstərir ki, son günlər baş verənlərin Leyla Yunusun həbs olunması ilə birbaşa bağlılığı vardır. Yəni, əslində Fransa dövlətindən daha çox Fransadakı erməni diasporası onun azadlığa çıxmasında maraqlıdır və bunun üçün bütün variantlar gözdən keçirilir.

azerinfo.org

www.yenicag.az

682
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv