Erməni idmançılar: “Təhlükəsizlik yüksək səviyyədə təşkil edilib”

media-hightechnic-468x90

96813“Azərbaycanın paytaxtında təhlükəsizlik yüksək səviyyədə təşkil edilib”.

Bu barədə news.am-ın müxbirinə Birinci Avropa Oyunlarında çıxış edəcək Ermənistan yığmasının mətbuat katibi Karen Giloyan bildirib.

“Ermənistan heyəti Qraçya Rostomyanın rəhbərliyi altında artıq Bakıdadır. Komandada 6 nəfər var. Mən Oyunların sonuna qədər Bakıda qalacam. Burada təhlükəsizlik yüksək səviyyədə təşkil edilib.

İdmançılarımızın valideynlərini və qohumlarını əmin etmək istəyirəm ki, təhlükəsizliklə bağlı problem çıxmayacaq. Bizimlə eyni binada tərkibində bir erməninin də olduğu İsveç yığması yerləşir.

Qonşuluqda isə Hollandiya, Finlandiya, Portuqaliya, İsveçrə, Türkiyə və Macarıstan yığmaları yerləşir. Hər şey yaxşıdır və narahatlığa səbəb yoxdur”, – Karen Giloyan deyir(oxu).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600