Erməni jurnalist Azərbaycan xalqından üzr istədi

media-hightechnic-468x90

4d2ecbd5e7aed9f3bd57af0cf3809feeMəşhur erməni jurnalist və publisist Vaqe Avetyan Xocalıda törədilən qətliama görə Azərbaycan xalqından üzr istəyib. Yenicag.az lent.az-a istinadən xəbər verir ki, bu barədə V.Avetyan “facebook” səhifəsində yazıb.
“Sizi əmin edirəm ki, əgər nə vaxtsa Ermənistanda qanuni xalq hakimiyyəti olarsa, mənim ölkəm bu cinayətin araşdırılması və azərbaycanlıların qətlində əli olan günahkarların məhkəmə qarşısına çıxması üçün əlindən gələni edəcək.
İttihamları qəbul etməyə cürəti çatmayan qatillərin öz vətəndaşları ola biləcəyi dünənki soyqırım üçün məhkəmə qarşısına çıxa bilməyən xalqın dünya ictimaiyyətindən yüz il öncə öz əcdadlarının qətlini tanımağı və qatillərin mühakiməsini tələb etməyə mənəvi haqqı yoxdur”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600