!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni məhsulları Bakı marketlərində - DİN-ə müraciət edildi - FOTO

!Reklam – Yazi

Bakıda erməni istehsalı olan peçenye satılır.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalist Xalid Kazımlı “Facebook”da məlumat yayıb.

“Choco Pie” adlanan peçenyenin “Bazarstor”dan alındığı qeyd olunub.

Məhsulun bir tərəfində ermənicə, digər tərəfində isə Azərbaycan dilində yazı var.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “Bazarstor”un PR və Mareketinq şöbəsinin müdiri Günay Novruzqızı bildirib ki, sözügedən məhsul başqa firma tərəfindən bütün market şəbəkələrə paylanılır:

“Choco Pie” adlı məhsul yalnız “Bazarstor” üçün gətirilmir. Həmin şirniyyat “Nant” firması tərəfindən bütün marketlər şəbəkəsinə paylanılır. Biz məhsulu alanda qutusuna baxsaq da, məhsulun üzərində yazılanlara diqqət etməmişik. İndi firma ilə danışmışıq. Bu məhsul 3 gün ərzində mağazalardan yığışdırılacaq. Çünki “Bazarstor”un 50-dən çox mağazası var və bunu bir gün ərzində etmək mümkün deyil. Əslində, bu yolverilməzdir, amma məhsulun üzərinə baxılmayıb deyə, belə bir şey olub”.

“Nant” firmasının əməkdaşı isə sayta açıqlamasında məhsulun üzərində ermənicə yazının olmasının “çox təbii bir hal” olduğunu bildirib və təhdid edib.

Sözügedən firmanın fəaliyyətinin araşdırılması və olaya hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və Vergilər Nazirliyinə, həmçinin Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərilib.

COP29

www.yenicag.az

4266
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv