!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni politoloqdan ağır İTTİHAM: “Paşinyan hökuməti canavara çevrilir”

!Reklam – Yazi

“Bu gün Ermənistan dövləti böyük sürüklənmə içindədir. Təsəvvür edin ki, müstəqil şəkildə açıq dənizə girmişik, lakin onun lövbəri yoxdur, sahili görünmür, heç bir xilasedici isə köməyə gəlmir”.

Yenicag.az xəbər verir ki, bunları erməni politoloq Vahe Hovhannisyan sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Paşinyan hökuməti hazırda bir canavara çevrilir, hakimiyyət ölkəni fəlakətə apardığını bilir və soyuqqanlılıqla xalqı aldadır:
“Xarici işlər naziri deyir: “Biz Azərbaycanla bir çox məsələlərdə ortaq dil tapmışıq, lakin iki mühüm məqamda razılaşa bilmirik: ərazi bütövlüyünün tanınması və kommunikasiyaların açılması”.

Bizim sahibsiz xalqımız, sahibsiz elektoratımız var. 2021-ci ilin seçiciləri sahibsiz qaldı. 680 min nəfərin lideri – Nikol Paşinyan bilərəkdən xalqı aldadaraq ölkəmizi fəlakətə gətirib çıxardı. Digər iki lider – Köçəryan və Vanetsyan isə bundan sonra siyasi ictimai prosesləri tərk etdilər və ən azı iki ildir ki, öz seçiciləri ilə ünsiyyət qurmurlar. Son ikisinin qərarlarına bəlkə də anlayışla yanaşmaq olar, çünki onlar fərdi səviyyədə verilən qərarlardır, qalanlarını isə tarix mühakimə edəcək”.

“Sadəcə, bir faktı qeyd edək: bütün köhnə seçki dairələri, o cümlədən ən böyüyü və səs verməyənlər lidersiz qalıb. Bütün cəmiyyətlər cəmiyyətin sivilizasiya səviyyəsindən asılı olaraq, liderlərinin, elitalarının, atalarının, öndərlərinin olmasını istəyirlər. Onlar güvənəcəkləri, onların əvəzinə düşünəcəkləri, onlara rəhbərlik edəcək, onları təhlükəsiz və nisbətən ədalətli şəkildə idarə edəcəkləri bir adama sahib olmaq istəyirlər. İndi erməni cəmiyyəti sahibsiz, itmiş, qeyri-müəyyən, yoxsul vəziyyətdədir. Nə liderlik, nə elita, nə də ciddi intellektual təbəqə qalıb”, – o, söyləyib.

Analitik diqqətə çatdırıb ki, Ermənistanda artıq mifik canavar obrazına girən dar bir iqtidar qrupu var:

“İndi bizim daxili qarşıdurmamız belədir: insan siması olan cəmiyyət (bütün xüsusiyyətləri və qüsurları ilə) və mifik canavar obrazlı hakimiyyət. Kimin qalib gələcəyi yarışmanın necə bitməsindən asılıdır. Bu, kütləvi özünü xilasetmə prosesinin yaradılması üçün həqiqətən yaxşı əsasdır.

Son günlər dövlət və dövlətçiliyin sürüşməsi xeyli sürətlənib. İnanılmaz bir ssenarinin şahidi olduq. Qərb (ABŞ və Aİ) Azərbaycan və Türkiyənin icazəsini aldıqdan sonra Ermənistanla əlaqə qurur, təmas həcmi isə Azərbaycan və Türkiyənin icazəsinin həcminə əsasən, tənzimlənir. Rusiya bizə açıq mətnlə deyir ki, Ermənistan, öz maraqlarını qorumaq əvəzinə mənimlə qarşıdurma variantını seçir və belə olan halda mən sərt tədbirlərə əl atacağam.
Biz belə intriqaları sevən cəmiyyətik, lakin insanlara bu ifadələrin, nə demək olduğunu başa salmaq lazımdır. Livanda, Suriyada və Yaxın Şərqdə bir-birinə zidd olan güclərin davranışlarını, hərəkətlərini təsvir edən bu kimi konfrontasiyalar çoxdur. Gəlin, ona baxaq və nəticə çıxaraq. Çünki ölkə uçurumdadır”.

Rafi Müslümov

COP29

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv