Erməni qanuni oğru həbs edildi
Fevralın 5-də Moskvanın Presnensk rayon məhkəməsində 46 yaşlı erməni “qanuni oğru” Eduard Asatryanın məhkəməsi keçirilib.
Yenicag.az xəbər verir ki, kriminal aləmdə “Edik Tbilisski” kimi tanınan “qanuni oğru” həbs olunub.
O, külli miqdarda narkotik saxlamaqda ittiham olunub və 3 il həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, Eduard Asatryan “antidedovski” klanının liderlərindən hesab olunur. O, ötən ilin avqustunda Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.
Şəxsi axtarış zamanı üzərində bir neçə qram kokain aşkarlanıb. Bundan öncə onun tərəfdarlarından Qudca, İlqar, Zyuza kimi “qanuni oğru”lar da həbs olunublar.