“Erməni QHT-lərinin iddiaları yalandır” - Aqil Ələsgər ATƏT Konfransında çıxış etdi - FOTO/VİDEO

media-hightechnic-468x90

“Erməni QHT-lərinin çıxışları yalan iddialar və manipulyasiyalarla doludur. Doğrudan da, müstəqil məhkəmə barədə danışmaq onlara ən sonda düşər. Məlumdur ki, Ermənistanın məhkəmə sistemi korrupsiyalaşıb, müstəqillikdən məhrumdur və ictimaiyyət tərəfindən etibar olunmur“.

Yenicag.az xəbər verir ki, bunu Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Haqlarına dair Konfransında çıxış edən, Mətbuat Şurası İdarə Heyətinin üzvü və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.

media-whatsapp-image-2025-10-10-at-15-50-47

O qeyd edib ki, yalan ittihamlar yaymaq əvəzinə, erməni QHT-ləri Ermənistanın münaqişə dövründə törətdiyi çoxsaylı vəhşilikləri xatırlamalıdır. Bunlara 1980-ci illərin sonlarında təxminən 300 000 azərbaycanlının Ermənistandan qovulması, Azərbaycan ərazilərinin işğalı və həmin torpaqlardan azərbaycanlıların etnik təmizlənməsi daxildir.

Aqil Ələsgər həmçinin bildirib ki, Azərbaycanın erməni saxlanılanları etnik mənsubiyyətlərinə görə tutduğu və ya ittihamları saxtalaşdırdığı barədə iddialar da yalandır. BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun rəyində Ruben Vardanyanın həbsi ilə bağlı qarayaxma kampaniyasının əsassız olduğu təsdiqlənib. Beynəlxalq Ədalət Məhkəməsi də bu məsələdə hərəkətə keçmək üçün əsas görməyib.

Yenicag.az 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa