Erməni saytlarından “APA Holding”-ə hücum

media-hightechnic-468x90

p“APA Holding” MMC-yə daxil olan qurumların saytları erməni hakerlərinin hücumuna məruz qalıb.

Erməni hakerlər tərəfindən bu gün saat 10.00-dan etibarən açıq ip ünvanlarından “APA Holding”-in saytlarına və müdafiə qurğu arxasında olan avadanlıqlara daim və kəsilməyən DDoS hücumlar başlayıb. Hücumun maksimal qeydə alınmış həcmi 25 Gbit/s təşkil edir (~=200 000 kbp/s).

Həmin ip-lərin əksəriyyəti Ermənistan və Rusiya telecom şirkətlərinə məxsusdur.

Haker hücumları nəticəsində “APA Holding”-ə daxil olan qurumların saytlarının fəaliyyətində ciddi problemlər yaranıb. Bununla belə, holdinqin İT mütəxəssisləri hücumların qarşısının alınması, saytların normal iş rejimində fəaliyyətini davam etdirməsi üçün lazımi tədbirlər həyata keçirirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600