Reklam

Reklam

“İsrail erməni soyqırımını Azərbaycana görə tanımır”.

Yenicag.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman RTV1 telekanalına müsahibəsi zamanı bildirib.

Veriliş zamanı aparıcının “Bəzi beynəlxalq təşkilatlar Türkiyəyə təzyiq etmək məqsədilə İsraili “erməni soyqırımını” tanımağa çağırırlar, siz buna necə baxırsınız” sualına cavab olaraq, baş nazir bildirib ki, “Bu, hər şeydən əvvəl, tarixi, həm də, mübahisəli məsələdir. “Erməni soyqırımı” ilə bağlı İsrailin mövqeyi dəyişməzdir”.

Nazir xüsusilə qeyd edib ki, İsrailin qondarma “erməni soyqırımı”nı tanımaması birbaşa olaraq ölkəsinin Azərbaycanla münasibətləri ilə bağlıdır. “Sözsüz ki, Azərbaycanla əlaqələrimiz bizim üçün daha vacibdir”, – deyə, Aviqdor Liberman bəyan edib.

Qeyd edək ki, İsrailin müdafiə nazirinin bu bəyanatı son zamanlar “Azərbaycan və İsrail əlaqələrinin sonunun çatdığı” barədə məlumatlar dərc edən rus və erməni mətbuatına da tutarlı cavabdır. (Azvision.az)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4142
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."