Erməni spiker əsirlərin qaytarılmasından DANIŞDI

media-hightechnic-468x90

“Əsirlər yaxın günlərdə qaytarılacaq”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində deyib.

“Ümid edirəm ki, əsirlər yaxın günlərdə qaytarılacaq. Biz gözləyirik. Düşünürəm ki, tezliklə məlumatımız olacaq. Razılaşma əldə olunub, yeni xəbər və ya dəyişiklik yoxdur. Proses davam edir. Ümid edirəm və güman edirəm ki, bu, yaxın günlərdə baş tutacaq”, – Simonyan bildirib.

Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin aparatı birgə bəyanat yayıb.

Aparılan danışıqlar nəticəsində Azərbaycan tərəfdən 32 erməni hərbi əsiri, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edəcək.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600