!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni təxribatına göz yuman SÜLHMƏRAMLILAR: "Militar siyasət tərəfdarları istəyirlər ki..." - Hərbi ekspert

!Reklam – Yazi

“Qarabağda o zaman sabitlik olacaq ki, əhalimiz ora köçəcək və yaşayacaq. Əhali köçəndən sonra erməni tərəfinin də gözü qırılacaq”.

Bu sözləri Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində ermənilərin Azərbaycana məxsus yük avtomobilinin hərəkətinə maneə yaratması və delimitasiya komissiyasının yaradılması fonunda davam edən təxribatları şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, işğaldan azad edilmiş torpaqlara əhali köçürülmədiyi müddətcə ermənilər ürəkli olacaq və təxribatlara davam edəcəklər:

“Rusiyanın regionda qalması 30 ildən çoxdur ermənilərlə azərbaycanlılar arasındakı düşmənçiliyin davam etməsinə bağlıdır. Düşmənçilik davam edərsə, Rusiya bölgədə qalacaq. Ola bilsin ki, Rusiya hakimiyyətinin daxilində də rəngarənglik var. Hansısa bir qurum əməkdaşlıqda, düşmənçiliyin bitməsində maraqlıdır. Çünki Ukrayna müharibəsinə görə Rusiyaya alternativ yollar və bazarlar lazımdır. Həmişə olduğu kimi, Rusiyada bir neçə istiqamət var. Bunu 1994-cü ildə mərhum prezident Heydər Əliyevin rəhbərliyi altında bağlanan neft sazişində də gördük. O vaxt saziş bağlanan zaman Rusiyanın enerji naziri iştirak edirdi. Xarici işlər naziri isə o sazişin yolverilməz olduğunu bildirib, hətta hüquqi gücünün olmadığını deyirdi. Çox güman ki, Rusiya hakimiyyəti daxilində belə bir vəziyyət var. Militar siyasət tərəfdarları istəyirlər ki, Qarabağda və iki ölkə arasında gərginlik olsun.

Ermənistanda və Qarabağda bəzi qüvvələr var ki, düşmənçiliyin davam etməsində maraqlıdır. Dəqiq bilirik ki, Qarabağda yaşayan ermənilər bu işlərdən bezib. Onlar 30 ildir ki, hərbi xuntanın nəzarəti altındadır. Qaladərəsi deyəndə mərhum jurnalist Salatın Əsgərovanı, 3 sovet zabitinin ölümünü yada salmaq lazımdır. Həmin ərazidə həmişə Azərbaycan əhalisinə qarşı təxriabtlar törədilib.

Silahlı qüvvələr arxada gizlədilir, dinc əhalini önə verirlər. Bildirmək istəyirlər ki, orada varıq, bizimlə hesablaşmaq lazımdır. Hesab edirəm ki, Azərbaycanın səbrinin də sonu gəlməlidir. İnsanlarımız ora köçürülməlidir. Rus kontingenti əgər sülhməramlıdırsa, bizim əhalinin təhlükəsizliyinə qarant durmalıdır. Əgər biz düşünsək ki, hər şey düzələndən, qurdla qoyun yanaşı gəzəndən sonra ora köçməliyik, bu, yalnış yanaşma olacaq. Biz öz torpağımıza qayıtmalıyıq. Oranın qarantı əhalimizin orada yaşamasından asılıdır. Nə vaxta qədər ki, boş ərazilərdə ancaq hərbçilər olacaq, daim bu tip hadisələr baş verəcək”.

Səxavət Məmməd

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv