Erməni və azərbaycanlılardan ibarət qrup yaxalandı
Moskvada Ermənistan və Azərbaycan sakinlərindən ibarət banda zərərsizləşdirilib. Musavat.com-un xarici KİV-ə istinadın verdiyi xəbərə görə, polis və təhlükəsizlik əməkdaşları əvvəllər inkassatorlara hücum edən banda üzvlərini çoxdan izləyirmişlər.
Növbəti belə bir hücumun qurbanı iş adamı olmalı imiş. Bu barədə qabaqcadan məlumat olduğundan cinayətkarlar öz hədəflərinə çata bilməyiblər.
Onlar iş adamının maşınından içində 10 milyon rubla yaxın pul olan çantanı götürüb aradan çıxmaq istəyərkən ələ keçiblər. Bu zaman cavab olaraq polisin açdığı atəşdən cinayətkarlardan biri ağır yaralanıb. Hazırda o, xəstəxanadadır.