Erməni yalan maşını işləyir – Azərbaycandan daha bir təkzib

media-hightechnic-468x90

Azərbaycan hərbçilərinin Xocavənddə texnikanı atəşə tutması barədə yayılan məlumat tamamilə yalandır.

Yenicag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

“Bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda vurğulanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600