Ermənilər Azərbaycanın yaşayış məntəqəsini atəşə tutdu: əhaliyə ziyan dəyib

media-hightechnic-468x90

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

Yeniçağ.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa