Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənilər kəndimizi gülləbaran etdi – Ciddi ziyan-Video

aqq6Ermənistan silahlı qüvvələri Tapqaraqoyunlu kəndini avtomat və pulemyotlardan intensiv atəşə tutublar.

Yenicag.az Region TV-yə istinadən xəbər verir ki, düşmənin açdığı atəş nəticəsində kənd orta məktəbinə ciddi ziyan dəyib. Təhsil ocağının pəncərələri sınıb, dam örtüyü zədələnib.

Gülləbaran gecə saatlarında, uşaqların məktəbdə olmadığı vaxtda baş verdiyindən xəsarət alan olmayıb. Kənddəki yaşayış binaları da gülləbarana məruz qalıb. Pəncərə şüşələri sınıb, evlər dağılıb, dam örtüklərinə zərər dəyib. İnsan tələfatı və xəsarət alan yoxdur.

Son günlər, xüsusilə də bayram ərəfəsində atəşkəs rejiminin tez-tez pozulmasına baxmayarq kənd sakinləri düşməndən qorxmadığını və kənddə həyatın öz axarı ilə getdiyini deyirlər.

 

Loading...

www.yenicag.az

524
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100