“Ermənilər qarşısında utancımızı dilə gətirdik”
Almaniyanın prezidenti ilə görüşündən sonra mətbuat konfransında Abdullah Gül ermənilərə başsağlığı verilməsi ilə bağlı jurnalistlərin sualına cavab olaraq bildirib ki, biz günahımızı və utancımızı dilə gətirdik.
Mətbuat konfransında Ərdoğanın ermənilərə başsağlığı verməsini dəyərləndirən Gül bildirib ki, demokratik toplumlar həm də özünü sorğulamağı bacarmalıdır. Belə bir addım Almaniyanı gücsüz etmədi. Biz də günahımız və utancımızı dilə gətirdik. Bu da bizə zəiflik gətirmədi”.
Xatırladaq ki, Abdullah Gülün Türkiyəni Almaniya ilə müqayisə etməsi və Almaniyanın yəhudi soyqırımını etiraf etməsini xatırlatması birmənalı qarşılanmayıb. Bu, Türkiyənin qondarma erməni soyqırımını tanımağın bir addımlığında olmaq kimi də qiymətləndirilir(axar.az).