Ermənilər Tərtərdə güclü yanğın törətdi-Video

media-hightechnic-468x90

yanginermeniErmənilər Tərtər rayonunun işğal altında olan ərazilərində yanğınlar törədiblər.
Ötən gün saat 19 radələrində başlayan yanğın qısa zamanda genişlənib. Havanın küləkli olması alovun yayılmasını sürətləndirib.

Yanğın təmas xəttini keçib. Bu da Tərtərin Qapanlı və Yuxarı Qaradağlı kəndlərində taxıl zəmiləri üçün təhlükə yaradıb.

Sakinlər müxtəlif vasitələrdən istifadə edərək alovun taxıl sahələrinə keçməsinin qarşısını almağa çalışıblar. Tərtər Yanğindan Mühafizə Hissəsinin əməkdaşları əraziyə cəlb ediliblər.

Alov taxıl zəmilərinin təxminən 50 metrlik məsafəsində məhdudlaşdırılıb: ”Hamı sahəsinin başındadır. Yanğınsöndürənlər burada olmasaydılar, alov taxıl zəmilərinə keçəcəkdi” deyə Yuxarı Qaradağlı kənd sakini Anar Cabbarov bildirib.

Alovun zəmilərə keçməsinin qarşısı alınsa da, yanğınlar digər ərazilərdə səhər saatlarına qədər davam edib. (Region tv)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600