Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Ermənilərin Bakıya səfərinə ETİRAZ: Jurnalistlər XİN-in qarşısında aksiya keçirdilər - FOTO/VİDEO

Reklam: Sinerji Pro

Bu gün bir qrup müstəqil jurnalist Xarici İşlər Nazirliyinin (XİN) qarşısında etiraz aksiyası keçirib.

Yenicag.az xəbər verir ki, aksiya iştirakçıları azərbaycanlı jurnalistlərin Ermənistana, erməni jurnalistlərin isə Azərbaycana qarşılıqlı səfərlərinin planlaşdırılmasına etiraz ediblər.

Onlar XİN-in binasının qarşısında “Rədd olsun işğalçı Ermənistan nümayəndləri”, “Şəhid anaları bizi qınayır” və başqa şüarlar sələndiriblər.

Daha sonra aksiyaya qatılan jurnalistlərin hazırladıqları etiraz bəyanatının mətni XİN nümayəndəsinə təqdim edilib.

Bəyanatı qəbul edən XİN nümayəndəsinin sözlərinə görə, Nazirlik aksiyada səsləndirilmiş tələblərə bazar ertəsi günü münasibət bildirəcək.

İştirakçılar Bakıya gələcək erməni jurnalistlərin fəaliyyətinə imkan verməyəcəkləri haqda xəbərdarlıq ediblər.

Aksiya Azərbaycan himninin ifasından sonra yekunlaşıb.

Səxavət Məmməd

 

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

2357
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
Margin

Seçki 2020
MARGIN-BOTTOM