Ermənilərin qətlə yetirdiyi həmyerlimiz Qazaxda dəfn olundu

media-hightechnic-468x90

9ece5956b1fc383c549e2732787b6126Ermənilər tərəfindən Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən 27 yaşlı azərbaycanlı futbolçu Emil Hüseynovun meyiti Azərbaycana gətirilib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, E. Hüseynovun meyiti ötən axşam Bakıya, sonra isə Gəncəyə aparılıb.

E. Hüseynov bu gün Qazax rayonunun Fərəhli kəndində dəfn olunub.

Qeyd edək ki, E. Hüseynov aprelin 19-da səhər saatlarında Yekaterinburqda kafelərin birində baş vermiş insident nəticəsində bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törədənlər dərhal aradan çıxıb. Araşdırma zamanı məlum olub ki, həmyerlimizi bıçaqlayan milliyyətcə erməni Tiqran və Andranik Çiçakyan qardaşlarıdır.

Hüquq-mühafizə orqanları ilkin olaraq qətldə iştirak edən 5 nəfəri saxlayıb. Bir nəfər barəsində isə axtarış verilib. T. Çiçakyan barəsində cinayət işi başlanıb. Saxlanılan digər şəxslərin və hadisə şahidlərinin dindirilməsi davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600