Ermənisayağı PARADOKS: “Sülh istəyən dövlət milyardlarla dollar vəsaiti hərbiyə xərcləməz”
“Təxribatların intensivləşməsi Ermənistanın daha böyük planlarının olduğundan xəbər verir”.
Bunu Yenicag.az-a açıqlamasında erməni təxribatlarının artması ilə proseslərin müharibəyə aparması ehtimalından danışan hərbi ekspert Azər Bayramov deyib.
Onun sözlərinə görə, ermənilərin xisləti belə olduğu üçün hər zamanda təxribatlar müşahidə edilib.
“Onların sülhdən danışdığını görsək də, əməllərində açıq-aydın şəkildə zidd fəaliyyətlərinin şahidi oluruq. İlk öncə vurğulamaq lazımdır ki, sülh istəyən dövlət milyardlarla dollar vəsaiti hərbiyə xərcləməz. Ermənistanın müdafiə naziri son bəyanatında müasir dövrün tələblərinə uyğun olaraq ordunun dronlar və PUA-larla təchiz edildiyini deyib. Belə açıqlamalar birmənalı olaraq sülhdən kənar addımların atıldığını deməyə əsas yaradır. Təxribatların intensivləşməsi Ermənistanın daha böyük planlarının olduğundan xəbər verir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli