"Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirsə..." - Ərdoğan

media-hightechnic-468x90

Biz həyata keçirdiyimiz layihələr, o cümlədən TANAP vasitəsilə ölkəmizin və regionun enerji təhlükəsizliyini təmin etmişik.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Astanada keçirilən 16-cı sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Şərq-Qərb Orta Dəhlizinin əhəmiyyəti artıb.

“Qarabağın işğalının başa çatması ilə görürük ki, biz addım-addım regionumuzda sabit sülhə yaxınlaşırıq. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi bu prosesi asanlaşdıracaq. Yaxın gələcəkdə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin həyata keçirilməsi son dərəcə vacibdir”, – o, qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05